Ukrayna kəşfiyyatının məlumatında Rusiyanın İran dronlarının yeni partiyasını aldığı deyilir
Ukrayna kəşfiyyatının məlumatında Rusiyanın İran dronlarının yeni partiyasını aldığı deyilir. Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov dekabrın 16-da Ukraynaya hücum zamanı bu pilotsuz təyyarələrdən istifadə olunmadığını bildirib.
Kiyevdə İranın Rusiyaya verdiyi yeni dronlar partiyasının əvvəlki ilə müqayisədə az sayda pilotsuz uçuş aparatını ehtiva etdiyini açıqlayırlar. Ukrayna hakimiyyətində Rusiyanın oktyabr ayından Ukraynada İran dronlarından, əsasən, Ukraynanın kritik infrastrukturuna zərbələr endirmək üçün istifadə etdiyinə dair məlumat verirlər.
Bu dronlar artıq bir neçə həftədir ki, Ukraynada müşahidə olunmayıb, lakin son bir neçə gün ərzində bu PUA-lar yenidən Ukraynanın hava məkanında peyda olub.
Ukrayna, eləcə də onun Qərbdəki tərəfdaşları İranın Rusiyanı ballistik raketlərlə təchiz edə biləcəyindən ehtiyat edirlər. Ukrayna kəşfiyyatında artıq müvafiq danışıqlar barədə məlumatlara malik olduqlarını və Rusiyanın böyük səylər bahasına bu raketləri İrandan almağa çalışdığını açıqlayırlar.