Ukrayna hökumətində “F-16” pilotu Pavel İvanovun aprelin 12-də döyüş tapşırığını yerinə yetirərkən həlak olduğunu bildirirlər

19:56, 13.04.2025

Ukrayna hakimiyyəti aprelin 12-də “F-16” pilotu, 26 yaşlı Pavel İvanovun döyüş tapşırığını yerinə yetirərkən həlak olduğunu bildirir. Hadisə yeri qeyd olunmur. Ukrayna prezidenti pilota Qəhrəman adı verib. “BBC” mənbələrinin məlumatına görə, “F-16” ehtimal ki, rus raketi ilə vurulub.

Anonim mənbənin bildirdiyinə görə, ruslar təyyarə istiqamətində üç raket atıblar.

Hadisə ilə bağlı istintaq davam edir, lakin “BBC” mənbəsinin dediyinə görə, İvanovun döyüş tapşırığını yerinə yetirdiyi zona Ukraynanın hava hücumundan müdafiə sistemi ilə əhatə olunmayıb.

Rus hərbçiləri “F-16″nın vurulması ilə bağlı hələlik məlumat yaymayıblar, hərçənd, rus bloqerlərin bir hissəsi təyyarənin Sumı vilayətində vurulduğunu yazır.

Məlumat üçün bildirək ki, Ukrayna ikinci dəfədir ki, “F-16” tipli təyyarənin vurulmasını və pilotun ölümünü təsdiqləyir. İlk hadisə 2024-cü ilin avqustun 26-da, ukraynalıların ölkənin qərb hissəsində Rusiyanın hücumunu dəf etməyə çalışdığı zaman baş verib.

Oxşar