Ukrayna hökuməti Xarkov, Zaporojie və Nikolayev vilayətlərindən əhalinin məcburi təxliyəsinə hazırlaşır
Ukrayna hökuməti Xarkov, Zaporojie və Nikolayev vilayətlərindən əhalinin məcburi təxliyəsinə hazırlaşır. Müvəqqəti işğal olunmuş rayonların reinteqrasiya məsələləri üzrə vitse baş nazir İrina Vereşçuk müvafiq bəyanatla çıxış edib.
Vereşçuk avqustun əvvəlindən məcburi təxliyə çərçivəsində Donetsk vilayətini 10 min insanın tərk etdiyini, onların üçdə birinin uşaq olduğunu bildirib.
“İnsanlar yox cavabı verirlər mi? İndiyə qədər heç bir yox cavabı olmayıb. Lakin insanlar deyir: “Taxılı yığacağıq”; “Soyuq düşənədək gəlin gözləyək”; Biz isə qarşıda bizi nəyin gözlədiyini bilmirik” – deyə Vereşçuk qeyd edib.
Vereşçuk Ukrayna hökumətinin nəqliyyat, yaşayış, yemək və tibbi xidməti təmənnasız təmin etdiyini bildirib. Ukrayna mətbuatının məlumatına əsasən, avqustun 1-dən sonra Xerson, Donetsk, Zaporojie, Luqansk vilayətlərindən təxminən 35 min insan təxliyə edilib, onlardan 10 mini uşaqdır.