Ukrayna hökuməti Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketini təsdiqləyib
Ukrayna hökuməti Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketini təsdiqləyib.
Məhdudiyyətlər 99 fiziki və 178 hüquqi şəxsə şamil edilir. “Qara siyahı”ya düşənlər arasında Putinin qızları da var.
Həmçinin, Rusiya hərbi sənaye kompleksinin müəssisələrinə, Rusiya və Belarus milli banklarının yüksək vəzifəli şəxslərinə məhdudiyyətlər qoyulub. Sanksiyalar Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən və təcavüzkarın sanksiyalardan yan keçməsinə kömək edən Belarus və Rusiyanın fiziki şəxsləri və şirkətlərinə tətbiq edilib.