Ukrayna hərbçiləri Krımda “Qvardeyskoye” aerodromunu bombalayıblar

15:50, 05.07.2026

Ukrayna hərbçiləri Krımda aerodromu bombalayıblar. Yayılan məlumata görə, iyulun 5, gecə saatlarında Ukrayna Müdafiə Qüvvələrinin bölmələri müvəqqəti işğal olunmuş Krımda yerləşən “Qvardeyskoye” aerodromuna zərbələr endiriblər.

“Qvardeyskoye” aerodromu müvəqqəti işğal olunmuş Krım yarımadasında Rusiya Federasiyasının əsas hərbi aerodromlarından biridir. Buradan, operativ-taktiki və dəniz aviasiyası təyyarələrinin yerləşdirilməsi, döyüş uçuşlarının dəstəklənməsi, logistika və təyyarələrə xidmət göstərilməsi üçün istifadə olunur”, – deyə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında deyilib.

Ukrayna Müdafiə Qüvvələri həmçinin Quselnikov yaxınlığında, Qruzki Yalançik çayı üzərindəki avtomobil körpüsünü və Donetsk vilayətində, Staromaryevka yaxınlığında, Kalmius çayı üzərindəki avtomobil körpüsünü bombalayıblar.

Bundan başqa, düşmənin üç sursat anbarına – Donetsk bölgəsində Makiivka yaxınlığında, Luqansk bölgəsində Dovjansk yaxınlığında və Xerson bölgəsində Preobrajenka yaxınlığında zərbə endirilib.

Oxşar