Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri - döyüş dalana dirənib, çünki bu mərhələdə nə Rusiya, nə də Ukrayna irəliləyiş göstərə bilmir
Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri - döyüş dalana dirənib, çünki bu mərhələdə nə Rusiya, nə də Ukrayna irəliləyiş göstərə bilmir

 

Ukraynada döyüş dalana dirənib, çünki nə Rusiya, nə də Ukrayna bu mərhələdə irəliləyiş göstərə bilmir – bu barədə Ukrayna Hərbi Kəşfiyyat Agentliyinin rəhbəri Kirill Budanov “BBC”yə müsahibəsində açıqlayıb.

“Vəziyyət dalana dirənib, yerindən tərpənmir” – deyə Budanov açıqlayıb.

Budanov Rusiyanın hazırda tam dalana dirəndiyini və böyük itki verdiyini bildirib. O, Kremldə səfərbərliyin daha bir mərhələsinin elan edilməsinin nəzərdən keçirildiyini açıqlayıb.

Budanov Ukrayna ordusunun bir neçə istiqamətdə uğur qazanmaq üçün hələ də kifayət qədər resursa malik olmadığını qeyd edib.

“Biz onları hər istiqamətdə məğlub edə bilmərik, lakin onlar da bunu edə bilmirlər. Biz yeni silah partiyasını çox gözləyirik”- deyə Budanov açıqlayıb.