Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Ukrayna şəhərləri istiqamətində miqyaslı raket bombardımanına başlaması, partlayış səslərinin Kiyevdə də eşidildiyi barədə məlumat yayır
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Ukrayna şəhərləri istiqamətində miqyaslı raket bombardımanına başlaması, partlayış səslərinin Kiyevdə də eşidildiyi barədə məlumat yayır

 

Rusiya Ukrayna şəhərlərini miqyaslı raket bombardımanına başlayıb, Kiyevdə partlayış səsləri eşidilir. Məlumatı Ukrayna mediası ölkənin Hərbi Hava Qüvvələrinə istinadən yayır.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən Rusiya hava və dəniz qanadlı raketləri, strateji təyyarələr və gəmilərlə müxtəlif istiqamətlərdən Ukraynaya hücum edir.

Açıqlamaya görə, Rusiyanın taktiki aviasiyasının da fəallığı yüksəkdir. Nokilaev bələdiyyə rəhbərlərinin məlumatına görə, Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın Qara dəniz üzərindən atdığı 5 raketi vurub.

Ukrayna mediası Sumi vilayətində də rus raketlərinin vurulduğunu yazır. Ukrayna mediası Lvov və Poltava vilayətlərində partlayış səsləri eşidilməsi barədə məlumat yayır. Xarkov şəhərinin bombalandığı barədə məlumatlar yayılır.