Ukrayna Hava Qüvvələri bildirir ki, Rusiya tərəfindən buraxılmış 164 ədəd "Şahed" tipli dron və raketdən 136-sını zərərsizləşdirməyə müvəffəq olublar
Ukrayna Hava Qüvvələri bildirir ki, Rusiya tərəfindən buraxılmış 164 ədəd "Şahed" tipli dron və raketdən 136-sını zərərsizləşdirməyə müvəffəq olublar

Rusiya gecə saatlarında Ukrayna istiqamətində 164 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatı və raket atıb, Ukrayna müdafiə qüvvələri isə onlardan 136-nı vurmağa nail olub. Bu barədə Ukrayna mediası məlumat yayır.

Ukrayna Hava Qüvvələrinin bəyanatında qeyd olunduğu kimi, 12 müxtəlif ərazidə 27 zərbə qeydə alınıb, dörd ərazidə isə qalıqlar yerə düşüb.

Rusiya Çerniqov vilayətində yerləşən enerji obyektinə hücum edib, nəticədə 17 min abonent elektriksiz qalıb.

Son 24 saat ərzində Xarkova edilmiş hücum nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Hücum zamanı mülki infrastruktur, şəxsi evlər, istehsalat obyektləri, ictimai mərkəz və avtomobillər zədələnib.