Ukrayna hakimiyyətinin məlumatına əsasən, Rusiya Sumı şəhərinə raket zərbəsi endirib, nəticədə azı 20 nəfər həlak olub
Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya Sumı şəhərinə raket zərbəsi endirib. Ən azı 20 nəfər həlak olub. Bu barədə şəhər meri vəzifəsini icra edən Artem Kobzar məlumat yayır.
Onun dediyinə görə, həlak olanların əksəriyyəti mülki şəxsdir.
Yerli hökumət bildirir ki, Rusiya hücum zamanı iki ballistik raketdən istifadə edib.
Ukrayna prezidenti hadisəyə artıq münasibət bildirib. Onun dediyinə görə, Sumiyə hücum zamanı onlarla insan ölüb və yaralanıb.