Ukrayna hakimiyyəti Zaporojye və Dnepropetrovskda 44 yaşayış məntəqəsindən üç min uşaq və onların valideynlərini məcburi şəkildə təxliyə etmək qərarına gəlib
Ukrayna hakimiyyəti Zaporojye və Dnepropetrovskda 44 yaşayış məntəqəsindən üç min uşaq və onların valideynlərini məcburi şəkildə təxliyə etmək qərarına gəlib

Ukrayna hakimiyyəti Zaporojye və Dnepropetrovskda 44 yaşayış məntəqəsindən üç min uşaq və onların valideynlərini məcburi şəkildə təxliyə etmək qərarına gəlib.

Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini, İcma və Ərazi inkişafı naziri Aleksey Kuleba bildirib ki, bu qərar mürəkkəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar verilib.

Həmçinin, dekabrın 30-da Çerniqov vilayətinin 14 sərhəd kəndində əhalinin məcburi təxliyəsi elan edilib. Kulebanın məlumatına görə, iyunun 1-dən indiyədək 150 min insan cəbhə xəttindən təhlükəsiz ərazilərə təxliyə edilib. Onların arasında 18 minə yaxın uşaq və 5 mindən çox məhdud imkanlı şəxs var.