Ukrayna hakimiyyəti tərəfindən verilən məlumatda Luqansk, Xarkov və Xerson vilayətlərində daha bir neçə yaşayış məntəqəsinin azad edildiyi deyilir

21:28, 06.10.2022

Ukrayna ordusu Luqansk, Xarkov və Xerson vilayətlərində bir neçə yaşayış məntəqəsini azad edib.

Ukrayna hakimiyyəti tərəfindən verilən məlumatda Luqansk vilayətində Xarkov və Donetskin regional-inzibati sərhədi yaxınlığında yerləşən Qrekovka kəndinin azad edildiyi deyilir.

Verilən məlumatda işğalçı qüvvələrin uzunmüddətli müdafiəyə hazırlaşdığı deyilir, çünki xəndəklər qazır, ərazini minalayır və ehtiyatları doldururlar.

Ukrayna hakimiyyətinin məlumatına əsasən, Xerson vilayətinin Trifonovka və Xarkov vilayətinin Qluşkova kəndi də azad edilib.

Ukrayna Ordusunun Baş Qərargahı tərəfindən verilən məlumatda ölkənin silahlı qüvvələrinin oktyabrın 1-dən sonra Xerson istiqamətində sahəsi 400 kv.km olan 29 yaşayış məntəqəsini azad etdiyi bildirilir.

Oxşar