Ukrayna hakimiyyəti Donetskin Rusiya tərəfindən işğal olunmayan ərazilərindən məcburi təxliyə prosesinə başlayıb

13:17, 02.08.2022

 

Ukrayna hakimiyyəti Donetskin Rusiya tərəfindən işğal olunmayan ərazilərindən məcburi təxliyə prosesinə başlayıb. Bu barədə Ukraynanın vitse baş naziri İrina Vereşçuk məlumat yayır.

“Bu gün Kropivnitskə ilk qatar gəldi – qadınlar, uşaqlar, qocalar. Hamı ilə görüşdük və onları yerləşdirdik” – deyə Vereşçuk bildirib.

Xatırladaq ki, Ukrayna hakimiyyəti Donetsk vilayətindən məcburi təxliyəni qış mövsümünün yaxınlaşması ilə əlaqələndirib. Kiyevdən bildirilib ki, bir hissəsi Kiyevin nəzarətində, digər hissəsi isə Rusiyanın işğalı altında olan Donetsk vilayətində hərbi əməliyyatlar nəticəsində istilik və elektrik sistemləri zədələnib, bu səbəbdən vətəndaşların qışda orda qalması mümkün deyil.

Ukrayna hakimiyyəti vətəndaşların daşınması, yerləşdirilməsi və maddi təminatına cavabdehdir. Məcburi təxliyədən sonra vətəndaşa müvəqqəti köçkün haqqında şəhadətnamə veriləcək. Məcburi təxliyədən imtina edən insanlar özlərinin və uşaqlarının həyatı və sağlamlığı üçün məsuliyyət daşıdıqlarına dair sənəd imzalayacaqlar.

Oxşar