Ukrayna hakimiyyəti Donetsk vilayətinin Kuraxovo şəhərinin yaxınlığındakı su anbarının bəndinə ziyan dəyməsi barədə xəbər verir

20:42, 11.11.2024

Donetskin dövlət administrasiyası Kuraxovo su anbarının bəndinə ziyan dəyməsi barədə məlumatı təsdiqləyib. Administrasiyanın rəhbəri Vadim Filaşkin bunun Rusiya hücumunun nəticəsi olduğunu bildirir.

“Bu zərbə Volçiya çayı boyunca – Donetsklə yanaşı, həmçinin, Dnepropetrovsk bölgələrində yaşayış məntəqələri üçün potensial təhlükə yaradır. Saat 16:00-a olan məlumata görə, Böyük Novoselovki icması çərçivəsində çayın səviyyəsinin 1,2 metr artdığı müəyyən edilib”, – Filaşkini yazır.

Kuraxovo şəhər hərbi administrasiyasının rəhbəri Roman Padun da bəndin zədələnməsi və Volçiya çayında suyun səviyyəsinin artması ilə bağlı məlumatı təsdiqləyib.

“Bizim üçün məlumdur ki, Ternov bəndinin yanında yerləşən kəndlərə su axır. Biz bəndə dəyən ziyanın xarakterini və şiddətini təsdiq edə bilmirik. “Davamlı atışma olduğundan bəndə baxış keçirə bilmirik.

Ukrayna sosial şəbəkələrində yazırlar ki, bənd ruslar tərəfindən Kuraxovoda yerləşən Ukrayna hərbçilərinin və şimalda yerləşən qoşunların təchizat yollarını su altında qoymaq üçün dağıdılıb.

Rusiyanın Teleqram kanalları isə bəndin ukraynalılar tərəfindən rus ordusunun irəliləməsinə mane olmaq üçün partladıldığını deyirlər.

Oxşar