Ukrayna DİN- Xarkov vilayətində işğal altında olan 118 yaşayış məntəqəsinə nəzarət bərpa edilib

12:08, 20.09.2022

 

Xarkov vilayətində işğal altında olan 118 yaşayış məntəqəsinə nəzarət bərpa edilib-bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevqeni Enin açıqlama verib.

Kiyevdə hazırda 12 yaşayış məntəqəsində dırnaq arası Təmizləmə Əməliyyatının davam etdirildiyini bildirirlər.

Ukrayna mətbuatı tərəfindən yayılan məlumatda Rusiya işğalçı qüvvələrinin Xarkov yaşayış məntəqələrinə yenidən raket hücumu həyata keçirdiyi deyilir.

Yayılan məlumatlara əsasən, Rusiya ordu birləşmələri Xarkov vilayətinin Rusiya Federasiyası sərhədinə yaxın yaşayış məntəqələrini və təmas xəttini – Xarkov, Kupyansk və İzium rayonlarında bombalamağa davam edib. Xarkov Hərbi Administrasiyasında rus hərbçilərindən azad edilən ərazilərdə mina təhlükəsinin hələ də çox yüksək olduğu bildirilib.

Oxşar