Ukrayna DİN-in məlumatında müharibə başlayandan sonra Rusiyanın Ukraynada 700 kritik infrastruktur obyektinə ziyan vurduğu deyilir

10:07, 28.12.2022

 
Ukraynada genişmiqyaslı müharibə başladıqdan sonra Rusiya ölkənin kritik infrastrukturunun 700 obyektinə ziyan vurub. Bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevqeni Enin Ukrayna Vahid Televiziyasının efirində açıqlayıb. Söhbət qaz kəmərlərindən, elektrik stansiyalarından, körpülərdən və digər obyektlərdən gedir.

Nazir müavini Rusiyanın zərbələri nəticəsində Ukraynada 35 mindən çox obyektin dağıldığını bildirib.

O, yalnız son sutka ərzində Ukrayna hüquq-mühafizə orqanlarının işçilərinin 27 yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə məlumat aldıqlarını bildirib.

Oxşar