Ukrayna Dəniz Limanları Administrasiyası tərəfindən verilən məlumatda, doqquz gün ərzində ölkənin 370 min ton kənd təsərrüfatı məhsulları ixrac etdiyi deyilir
Ukrayna dənli bitkilər dəhlizindən istifadə etməklə doqquz gün ərzində 370 min ton kənd təsərrüfatı məhsulu ixrac edib.
Bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasının mətbuat xidməti məlumat yayır.
“Dənli bitkilər dəhlizinin fəaliyyətə başlamasından sonra doqquz gün ərzində, Ukrayna limanlarından dünyanın 7 ölkəsinə 370 min tondan çox kənd təsərrüfatı məhsulu ixrac edən 12 gəmi çıxıb, bir gəmi yüklənmək üçün Çornomorsk limanına daxil olub”-deyə bəyanatda deyilir.
Bu gün səhər Ukraynanın Çernomorsk limanını ümumilikdə 70 min tondan çox məhsulla yüklənmiş iki yük gəmisi tərk edib.