Ukrayna bu gün Rusiyanın Krasnodar vilayətinin cənubunda yerləşən limana hücum həyata keçirdiyini təsdiqləyib
Ukrayna bu gün Rusiyanın Krasnodar vilayətinin cənubunda yerləşən limana hücum həyata keçirdiyini təsdiqləyib

Ukrayna bu gün Rusiyanın Krasnodar vilayətinin cənubunda yerləşən limana hücum həyata keçirdiyini təsdiqləyib. Ukrayna Baş Qərargahı Volnı yaxınlığında yerləşən Taman limanına edilən hücumun yanğına səbəb olduğunu bildirib.

Bununla yanaşı, Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev dron hücumu zamanı “bir neçə yanğın”ın baş verdiyini və hücumun yaxınlıqda yerləşən kəndlərdə də qeydə alındığını bildirib.

Rusiya tərəfinin məlumatına görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Kondratyevin dediyinə görə, limanda baş vermiş bir neçə yanğının söndürülməsi üçün 100-dən çox insan çalışırdı.