Ukrayna beynəlxalq ictimaiyyəti Donbasda durumun eskalasiyasının qınanılmasına çağırır
Ukrayna beynəlxalq ictimaiyyəti Donbasda durumun eskalasiyasının qınanılmasına çağırır

Ukrayna beynəlxalq ictimaiyyəti Donbasda durumun eskalasiyasının qınanılmasına çağırır. Bu barədə bəyanatı “tvitter” səhifəsində Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi yaydı.

Ukrayna hakimiyyətinin məlumatına görə, ölkənin şərq hissəsində rustəmayüllü silahlı qruplaşmalar bu gün səhər, xətti keçməyə cəhd göstərdilər və Ukraynalı əsgərlərin mövqelərinə atəş açdılar. Nəticədə bir hərbi xidmətçi həlak oldu, dörd əsgər isə, yaralandı.

Qeyd olunasıdır ki, Donbasda durumun gərginləşməsinə görə, Litva Xarici İşlər naziri, Linas Linkeviçus narahatlığını ifadə etdi.