Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gecə Rusiyanın komanda məntəqələrinə, kəşfiyyat sistemlərinə və yanacaq anbarlarına dronlarla zərbələr endirilib

17:52, 04.09.2026

Ötən gecə ukraynalılar Rusiyanın komanda məntəqələrinə, kəşfiyyat sistemlərinə və yanacaq anbarlarına dronlarla zərbələr endiriblər.

Bu barədə “Ukrainska Pravda” ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayır.

Baş Qərargahın məlumatına görə, Ukrayna qüvvələri Donetsk yaxınlığında dronların saxlanılması, hazırlanması və buraxılması məntəqəsini bombalayıblar. Hava zərbələri Fyodorovkadakı komanda məntəqəsinə, Petrivkada isə komanda-kəşfiyyat məntəqəsinə endirilib.

Medianın məlumatına görə, ukraynalılar Rusiyanın Bryansk vilayətindəki radar sisteminə də zərbə endiriblər.

Oxşar