Ukrayna Baş Qərargahının məlumatına görə, Krasnodar vilayətində, Soçi hava limanının yanacaqdoldurma kompleksinə hücum edilib
Ukrayna silahlı qüvvələri Soçi şəhərinin hava limanında yanacaqdoldurma kompleksini bombalayıb.
Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, Silahlı Qüvvələrin pilotsuz sistemlərinin qüvvələri Müdafiə Qüvvələrinin digər hissələri ilə əməkdaşlıq edərək Krasnodar vilayətində, Soçi hava limanının yanacaq və yanacaqdoldurma kompleksinə hücum edib.
Bəyanatda qeyd olunub ki, obyektin ərazisində güclü yanğın baş verib.
Yayılan məlumata görə, aerodromda Rusiya ordusunun hərbi aviasiyası da yerləşdirilmişdi.
“Müdafiə qüvvələri Ukraynaya qarşı Rusiya Federasiyasının silahlı təcavüzünün dayandırılması və düşmənin hərbi-iqtisadi potensialının zəiflədilməsi üçün bütün tədbirləri görməyə davam edir”, – Baş Qərargahın bəyanatında deyilib.