Ukrayna Baş Qərargahında Belarusun Ukraynaya müdaxilə üçün ola bilsin 15 minə qədər hərbçi ayıra biləcəyini deyirlər

22:40, 24.11.2022

 

Ukrayna Baş Qərargahında Belarusun Ukraynaya müdaxilə üçün ola bilsin 15 minə qədər hərbçi ayıra biləcəyini deyirlər.

Onlar sərhəddəki vəziyyətin gərginləşməsini istisna etmədiklərini bildirirlər.

“Belarus hərbçilərinin mənəvi-psixoloji vəziyyəti aşağıdır və onların əksəriyyəti Ukraynaya qarşı döyüşmək istəmir. Lakin, Ukraynaya qarşı müharibəyə qoşula biləcək 10-15 min adam var”- deyə Ukrayna Baş Qərargahının əməliyyat idarəsinin rəhbəri Aleksey Qromov bildirib.

Qromov noyabrın 23-dən 28-dək olan dövrdə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşə biləcəyini, Rusiyanın bunun üçün hərbçilər hazırladığını açıqlayıb.

Oxşar