Ukrayna Baş Qərargahı tərəfindən yayılan məlumatda Ukrayna ordusunun Donetsk vilayətində 9 yaşayış məntəqəsi yaxınlığında Rusiya işğalçı qüvvələrinin hücumunu dəf etdiyi deyilir

17:12, 16.11.2022

 

Ukrayna ordusu Donetsk vilayətinin 9 yaşayış məntəqəsi yaxınlığında Rusiya işğalçı qüvvələrinin hücumunu dəf edib.

Medianın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yazdığına görə, rus hərbçilər Baxmut, Avdeevki və Novopavlovsk istiqamətində intensiv hücumlar həyata keçirirlər.

Bundan əlavə, işğalçı qüvvələrin Zaporojie vilayətində yaşayış məntəqələrini tank və artilleriyadan atəşə tutması barədə məlumat yayılır.

Media tərəfindən yayılan məlumatda, paralel olaraq Ukrayna ordusunun Rusiya işğalçı qüvvələrinin Dnepr çayının sol sahilində, Kinburn yarımadasındakı mövqelərini bombaladığı deyilir. Ukraynanın “Cənub” əməliyyat komandanlığının məlumatında qarşı tərəfin canlı qüvvəsinin, zirehli texnikasının, özüyeriyən artilleriya qurğuları və pilotsuz kəşfiyyat təyyarələrinin məhv edildiyi deyilir.

Oxşar