Ukrayna Baş Qərargahı tərəfindən verilən məlumatda, Rusiya ordusunun Nikolayev istiqamətində qismən uğur qazandığı deyilir
Ukrayna Baş Qərargahı tərəfindən verilən məlumatda, Rusiya ordusunun Nikolayev istiqamətində qismən uğur qazandığı bildirilir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin gündəlik icmalında deyilir.
Ukrayna Baş Qərargahı tərəfindən yayılan məlumatda, rus hərbçilərin konkret olaraq Blaqodatnoe yaşayış məntəqəsi yaxınlığında irəlilədiyi açıqlanır.
Qurum tərəfindən verilən məlumatda, Rusiya ordusunun Yujnobuqski istiqamətində yerləşən yaşayış məntəqələri istiqamətində artilleriya qurğularından və tanklardan atəş açmağa davam etdiyi qeyd olunub.
Həmçinin, Ukrayna Baş Qərargahında Rusiya ordusunun böyük itkilər fonunda peşəkar hazırlıqdan keçmiş və motivasiyalı hərbçi çatışmazlığından kəskin əziyyət çəkdiyi açıqlanıb.
Amerika Müharibə Tədqiqatları İnstitutu tərəfindən yayılan məlumatda, rusların yaxın aylarda əhəmiyyətli əraziləri işğal edə bilməsi ehtimalının az olduğu bildirilir. Ekspertlər Rusiya ordusunun Ukraynanın şərqindəki hücum əməliyyatının sürətini itirdiyini açıqlayırlar. İnstitutun nümayəndələri, Rusiyanın əsas probleminin rus ordusunun taktiki nailiyyətlərinin əməliyyat uğuruna çevirə bilməməsi olduğunu bildirirlər.