Ukrayna Baş Qərargahı tərəfindən verilən məlumatda, gecə saatlarında rus qüvvələrinin Nikopolu reaktiv yaylım atəşi sistemi (RYAS) ilə bombardıman etdiyi deyilir

10:35, 15.08.2022

 

Gecə boyunca rus qüvvələri Nikopolu RYAS vasitəsilə bombardıman ediblər, Xarkovda da 12-yə qədər partlayış qeydə alınıb-bu barədə məlumatı Ukrayna Baş Qərargahı yayır. Qərargahdan verilən məlumatda, düşmənə – Slavyansk, Baxmut, Avdeevka və Novopavlovsk istiqamətində irəliləməyə imkan verilmədiyi və geri çəkilməyə məcbur edildiyi deyilir.

Amerika Müharibə Tədqiqatı İnstitutunun təhlilinə əsasən, Rusiya qüvvələri üçün prioritet istiqamətlər Xarkov və İzium-Slavyansk əraziləridir. Həmçinin Seversk-Lisiçansk və Baxmut da prioritetdir və işğalçılar bu istiqamətdə aktiv döyüş əməliyyatları aparmağa çalışırlar.

Oxşar