Ukrayna Baş Qərargahı tərəfindən verilən məlumatda qarşı tərəfin silah, texnika və döyüş sursatının yığıldığı 11 məntəqənin bombalandığı deyilir
Ukrayna SQ qarşı tərəfin silah, texnika və döyüş sursatının yığıldığı 11 məntəqəni bombalayıb-bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayır.
Yayılmış məlumatda Ukrayna Müdafiə Qüvvələrinin hərbi aviasiyasının son bir gündə qarşı tərəfin mövqelərinə altı hücum həyata keçirdiyi deyilir. Hava hücumundan müdafiə bölmələri 12 ədəd “Şahed-136” PUA-nı zərərsizləşdirib.
Ukrayna Ordusunun Baş Qərargahı tərəfindən verilən məlumatda Ukrayna SQ-nin Enerqodar yaxınlığında rusların haubitsalarını, döyüş sursatlarını və şəxsi heyətinin bir hissəsini məhv etdiyi deyilir.
İdarədən verilən məlumatda bildirilir ki, ukraynalı hərbçilər yeddi yaşayış məntəqəsində işğalçıların hücumunu dəf ediblər. Son bir gündə rus hərbçilər Ukraynada iki raket və 25 hava hücumu, həmçinin yaylım atəşi sistemlərindən 30-a qədər hücum həyata keçiriblər.