Ukrayna Baş Qərargahı – Rusiyanın işğalçı qüvvələri ötən sutka ərzində Ukraynaya üç raket və bir hava zərbəsi endiriblər

10:16, 31.10.2022

 

Rusiyanın işğalçı qüvvələri ötən sutka ərzində Ukraynaya üç raket və bir hava zərbəsi endiriblər, rus hərbçilər 15-dən çox yaşayış məntəqəsini bombalayıblar-bu barədə məlumatı Ukraynanın Baş Qərargahı yayır. Baş Qərargah Rusiya işğalçı qüvvələrinin 30-dan çox hücumu reaktiv yaylım atəşi sistemindən etməsi barədə məlumat verir.

Baş Qərargahdan bildirilib ki, Rusiya ordusu Nikopol rayonunda Zaporojie AES-in ərazisindən atəş açıb. Yayılmış məlumatda, Belarusun Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam etdiyi, Rusiyanın isə eyni zamanda ayrı-ayrı bölmələrini Belarus ərazisinə köçürdüyü deyilir.

Ukrayna Ordusunun Baş Qərargahı tərəfindən verilən məlumatda Rusiya ordusunun Xerson vilayətinin sağ sahilindən artilleriya bölmələrinin çıxarılması üçün hazırlıq işləri apardıqları bildirilir. Bununla yanaşı, Ukrayna SQ Xarkov vilayətində Rusiyaya məxsus hərbi helikopteri zərərsizləşdirib.

Oxşar