Ukrayna Baş Prokurorluğu – Ukrayna ordusu üçün nəzərdə tutulan avtomobillərin qanunsuz satışı ilə məşğul olan xeyriyyə təşkilatının üzvləri saxlanılıb

15:04, 02.08.2022

 

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Karpat bölgəsində Ukrayna silahlı qüvvələri üçün nəzərdə tutulmuş avtomobilləri qanunsuz olaraq özgəninkiləşdirən xeyriyyə təşkilatının üzvləri saxlanılıblar.

Prokurorluğun məlumatında qeyd olunduğu üzrə, təşkilat üzvləri humanitar yardım adı altında Ukraynaya yük və nəqliyyat vasitələri gətirərək, təyinatı üzrə istifadə etmək əvəzinə satırlarmış.

Prokurorluq qanunsuz olaraq özgəninkiləşdirilən və ən azı 20 min dollar dəyərində olan üç nəqliyyat vasitəsi aşkarlayıb.

Oxşar