Ukrayna Baş Qərargahı - Tokmak şəhərinə hücum nəticəsində həlak olan və yaralanan rus hərbçilərin ümumi sayı 80 nəfər təşkil edib
Ukrayna Baş Qərargahı - Tokmak şəhərinə hücum nəticəsində həlak olan və yaralanan rus hərbçilərin ümumi sayı 80 nəfər təşkil edib

 

Ukrayna Baş Qərargahı yanvarın 3-də işğal altında olan Zaporojie vilayətinin Tokmak şəhərinə endirilən zərbə nəticəsində həlak olan və yaralanan rus hərbçilərin ümumi sayının 80 nəfər olması barədə məlumat yayır.

Lakin Ukrayna Baş Qərargahında açıqlandığı üzrə, Rusiya tərəfi yaralılar barədə məlumat yaymır və yalnız xəstəxana binasının zərər görməsi barədə məlumat verir.

Rusiya işğalçı qüvvələri Ukrayna Silahlı Qüvvələrinin işğal altında olan Zaporojienin Vasilevka şəhərindəki komandaturaya endirdiyi zərbələr nəticəsində 5 nəfərin həlak olması, 15 nəfərin yaralanması barədə məlumat yayır.

Bununla yanaşı, Ukrayna Sərhəd Xidməti ukraynalıların Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında 300 metr irəliləməsi barədə məlumat verir. Qurumdan verilən məlumata əsasən Baxmut yaxınlığında davam edən döyüşlər zamanı rus hərbçilər artilleriyanın köməyi ilə mövqeləri tutmağa çalışıblar, hərçənd qarşı tərəfin yaxınlaşması ilə birlikdə ukraynalı hərbçilərin açdığı atəşə görə onlar geri çəkiliblər, bundan sonra da ukraynalı qüvvələr əks hücuma keçərək 300 metr irəliləyərək mövqelərini möhkəmləndiriblər.

Rus qüvvələri yarım ildir ki, Baxmutu tutmağa çalışır.