Ukrayna Baş Qərargahı – Rusiya Liman və Baxmut istiqamətlərində hücumları davam etdirir və böyük itki verir

10:34, 31.01.2023

 

Ukrayna Baş Qərargahının məlumatında ötən sutka ərzində ölkənin müdafiə qüvvələrinin Rusiyanın Luqansk və Donetsk vilayətlərində 13 yaşayış məntəqəsi yaxınlığında hücumunu dəf etdiyi deyilir.

Qarşı tərəf üç hava və dörd raket zərbəsi endirib, reaktiv yaylım atəşi sistemlərindən 60 dəfədən çox atəş açıb. Mülki sakinlər arasında xəsarət alanlar var.

Baş Qərargahda qarşı tərəfin Liman və Baxmut istiqamətlərində hücumları davam etdirdiyi və ağır itki verdiyi açıqlanır. Həmçinin, Avdeevki və Novopavlovsk istiqamətlərində uğursuz hücum əməliyyatları həyata keçirir.

Baş Qərargahın məlumatında Ukrayna Müdafiə Qüvvələrinin düşmən qüvvələrinin cəmləşdiyi ərazilərə dörd, rus hərbçilərin üç idarə məntəqəsinə və iki silah-sursat anbarına zərbə endirdiyi qeyd olunub.

Oxşar