Ukrayna ABŞ-dan on ədəd uzaqmənzilli PUA alacaq

10:24, 23.08.2022

 

Ukrayna ABŞ-dan on ədəd uzaqmənzilli PUA alacaq. “BBC” bu barədə Pentaqonun sözçüsü Cessika Maksvelin məlumat verdiyini bildirir.

Media söhbətin kamikadze dron olan Switchblade-600 cihazlarından getdiyini yazır. Onlar 40 km-ə qədər uça bilirlər və həmçinin 40 dəqiqə ərzində hədəfin gözləntisində uça bilirlər. PUA-dan zirehli maşınlara və digər hədəflərə qarşı istifadə edilə bilər. Onlar yalnız ABŞ və Böyük Britaniyanın ordularında istifadə olunur.

“BBC” yazda ABŞ -ın Ukraynaya Switchblade-300 tipli dronlar təhvil verdiyini açıqlayır. Bu kamikadze dronları cəmi 15 km-ə qədər uça bilir.

ABŞ Müdafiə Departamenti sözügedən avadanlığın nə vaxt çatdırılacağını açıqlamayıb.

Oxşar