Ukrayna 55 min insanı itkin düşmüş qəbul etdi
Rusiyanın təcavüzkar müharibəsi nəticəsində itkin düşmüş ukraynalıların reyestrində 55 min nəfər qeydiyyatdadır, onların da əksəriyyəti hərbi xidmətçidir. Bu barədə Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko bildirib.
Onun dediyinə görə, vaxtaşırı bu siyahıda olanların ölüm faktı müəyyən edilir.
“Bu rəqəm kifayət qədər dinamikdir. İtkin düşənlərin yeri müəyyən edildikdə, bəzi hallarda vətəndaşın, məsələn, əsirlikdə olduğu məlum olur”, – Timçenko bildirib.
Ukraynada 2023-cü ilin mayında itkin düşmüş vətəndaşlar haqqında məlumatların daxil edilməyə başladığı vahid reyestr istifadəyə verilib. Həmin vaxt ölkənin Daxili İşlər Nazirliyi 23 minə yaxın şəxsin itkin düşdüyünü elan edib. 2024-cü ilin iyul ayında Nazirlik məlumatları yenilədi və reyestrə 42 min ukraynalının daxil edildiyini bildirdi.