Ukrayn dronları ilə hücum Ukrayna sərhədindən 1400 kilometr məsafədə yerləşən Orenburq vilayətindəki neft emalı zavoduna həyata keçirilib
Ukrayn dronları ilə hücum Ukrayna sərhədindən 1400 kilometr məsafədə yerləşən Orenburq vilayətindəki neft emalı zavoduna həyata keçirilib

Ukrayna dronları Rusiya Federasiyasının Orenburq vilayətində yerləşən “Orsknefteorgsintez” neft emalı zavoduna hücum edib. Bu obyekt Ukrayna sərhədindən 1400 kilometr məsafədə yerləşir.

Ukrayna mediasının məlumatına görə, bu, Rusiyadakı obyektə indiyədək edilmiş ən dərin məsafəli hücumdur.

“Orsknefteorgsintez” zavodu benzin, dizel yanacağı, aviasiya yanacağı, mazut və bitum istehsalına ixtisaslaşıb. Zavodun illik emal gücü təxminən 6,6 milyon ton təşkil edir.