Üçüncü Şio - Bir tərəfdən patriarxlığın əzəmətini və bu xaçın ağırlığını dərk edirəm, digər tərəfdən isə öz insani acizliyimi və zəifliyimi hiss edirəm, sizin dəstəyiniz mənə mənəvi dözümlülük bəxş edir
Bu gün sizin qarşınızda böyük təvazökarlıq və ehtiramla dayanaraq, katolikos-patriarx olmaq kimi böyük şərəfə görə mərhəmətli Allaha bir daha şükür edirəm, – bu barədə Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şio Üçlük Kafedralində xütbə zamanı bildirib.
Üçüncü Şio gürcü xalqına mənəvi dəstəyinə görə təşəkkür edib.
“Bir tərəfdən patriarxlığın əzəmətini və bu xaçın ağırlığını dərk edirəm, digər tərəfdən isə öz insani acizliyimi və zəifliyimi hiss edirəm, sizin dəstəyiniz mənə mənəvi dözümlülük bəxş edir. Bu günlərdə bizə yardım edən, ürək-dirək verən, gücümüzü və dözümümüzü artıran dualarına, dəstəklərinə və sevgilərinə görə gürcü xalqına, mənəvi övladlarımıza, ruhanilərimizə və rahib-rahibələrimizə xüsusi təşəkkürümü bildirmək istəyirəm”, – Üçüncü Şio bildirib.