Üçlük kafedral məbədində Katolikos-Patriarxı İkinci İlianın mülki yas mərasimi davam edir
Üçlük kafedral məbədində ümumi Gürcüstanın Katolikos-Patriarxı, müqəddəs və həzrətləri, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlianın mülki yas mərasimi davam edir.
Üçlük məbədinin ətraf ərazisində çoxlu insanlar toplaşıb və məbədə daxil olmaq üçün növbələrini gözləyirlər.
Məlumat üçün bildirək ki, ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia bazar günü, martın 22-də Sioni Məbədində dəfn olunacaq. Katolikos-Patriarx İkinci İlia 17 martda 93 yaşında vəfat edib.



