Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlianın xatirəsini yad etmək üçün Müqəddəs Üçlük Patriarxlıq Məbədində mülki yas mərasimi davam edir.
İkinci İlia dünən Patriarxlıqdan Üçlük məbədinə matəm yürüşü ilə aparılıb. Patriarx taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio Muciri müqəddəs Sinod üzvləri ilə birlikdə onun ruhunun xatirəsinə yas mərasimi keçirib.
İkinci İlianın xatirəsini yad etmək üçün Müqəddəs Üçlük məbədi 24 saat ərzində açıq olacaq.
Bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia 17 martda 93 yaşında vəfat etdi. Patriarxın vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan edildi.
İkinci İlia 22 martda Sioni məbədində dəfn olunacaq.