U21 | Niderland və Gürcüstanın gənclərdən ibarət yığmalarının oyunu Birinci Kanalda #1TVSPORT
Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət yığması qonaq olaraq Niderlandla qarşılaşacaq. Oyun Venlo şəhərində keçiriləcək və saat 22:00-dan etibarən Gürcüstanın Birinci Kanalı birbaşa reportajı sizə təqdim edəcək.
Dünən Ramaz Svanadzenin çalışdırdığı komanda oyunöncəsi məşq keçirib. Gürcüstan yığması altı turdan sonra qazandığı 16 xalla qrupda ikinci yerdədir. Sentyabrın 10-da qonaq olaraq Moldova ilə qarşılaşacaq İsveç 13 xalla üçüncü yeri tutur, qrupun lideri isə 24 xalla Niderlanddır.

Təsnifat raundunun qrup mərhələsindən (ev sahibi Slovakiya istisna olmaqla) birbaşa doqquz qrupun qalibi və üç ən yaxşı ikinci yeri tutan komanda 2025-ci ilin 21 yaşadək futbolçular arasında Avropa çempionatına vəsiqə qazanacaq, geridə qalan ikinci yerin sahibi altı komanda cütləşəcək və iki oyunlu pley-offda son üç vəsiqəni bölüşəcəklər.
Gürcüstan yığmasının tərkibi:
Qapıçılar: Mixeil Makatsaria (“Dinamo Tbilisi”), Luka Xaratişvili (“Dinamo” Batumi), Levan Tandilaşvili (“Telavi”).
Müdafiəçilər: Davit Qoqotişvili (“Telavi”), Saba Xvadaqiani, Nikoloz Uqrexelidze (hər ikisi – “Dinamo Tbilisi”), Saba Mamatsaşvili (“Sirius”, İsveç), Zurab Ruxadze (“Dila” Qori), David Zurabiani (“Kolxeti” Poti 1913) , Lado Odişvili (“Telavi”), Saba Sazonovi (“Torino”, İtaliya).
Yarımmüdafiəçilər: Laşa Odişaria (“RFS Riga”, Latviya), Otar Mamaqeişvili, Qizi Mamaqeişvili (hər ikisi – “İberia 1999”), Levan Osiğmaşvili (“Dinamo Tbilisi”), İrakli İeqoiani (“Vites”, Niderland), Luka Qaqnidze (“Dinamo Moskva”, Rusiya), Nodar Lominadze (“Dila”), Tornike Morçiladze (“Telavi”).
Hücumçular: Vasilios Qordeziani (“Dinamo Tbilisi”), Qiorqi Kvernadze (“Frosinone”, İtaliya), Qiorqi Abuaşvili (“Kolxeti” Poti), Caduli İobaşvili (“Dinamo Tbilisi”).