Tuşetidə bədbəxt hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb
Tuşetidə bədbəxt hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb

 
Tuşetidə bədbəxt hadisə nəticəsində 1 nəfər həyatını itirib. Hadisə Pşaveli-Abano-Omalo yolunun 27-ci kilometrliyində baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata əsasən, yolsuzluq avtomobilinin sürücüsü sükanı özünə tabe edə bilməyib və bir neçə metr hündürlükdən aşağı düşüb, nəticədə bir nəfər yerindəcə həlak olub, iki nəfər isə ağır yaralanıb.

Hadisə yerinə polis, xilasetmə və təcili yardım qrupları səfərbər olunub. Hazırda təbii fəlakət briqadası yaralıları Telavi xəstəxanasına aparır.