Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə, meşə yanğınları səbəbilə Dardanel boğazı müvəqqəti bağlanıb
Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə, meşə yanğınları səbəbilə Dardanel boğazı müvəqqəti bağlanıb

Türkiyədə meşə yanğınları səbəbindən Dardanel boğazı müvəqqəti bağlanıb.

Bu barədə “BBC” ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayır.

Türkiyədə bildirirlər ki, dəniz nəqliyyatı üçün Dardanel boğazının bağlanması müvəqqətidir və profilaktik xarakter daşıyır.

Türkiyənin şimal-qərb hissəsində yanğınlar şiddətlə davam edir. Alov Çanaqqala şəhəri yaxınlığında başlayıb və yerli əhalinin təxliyəsi zəruri olub.

Hadisə yerinə yanğınsöndürmə xidməti və aviasiya cəlb olunub.

Məlumat üçün bildirək ki, Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə birləşdirir. Bosfor boğazı ilə birlikdə o, Avropa ilə Asiya arasında kommersiya gəmiçiliyi üçün mühüm bir yol sayılır.

Rəsmi göstəricilərə görə, 2024-cü ildə Dardanel boğazından təxminən 46 min gəmi keçib.

Təbii fəlakət səbəbindən Çanaqqalanın əsas hava limanı bağlanıb.

Bu yay mövsümündə Türkiyədə yüzlərlə meşə yanğını qeydə alınıb, bu da on minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Yanğınlar nəticəsində iyul ayında azı 10 meşə gözətçisi və hərbi xilasedici həlak olub.