Türkiyənin müdafiə naziri - terrorizmlə mübarizədə, Türkiyə NATO-dan kifayət qədər yardım ala bilmir
Terrorizmlə mübarizədə, Türkiyə NATO-dan kifayət qədər yardım ala bilmir, – Bu barədə Türkiyənin müdafiə naziri, Brüsseldə NATO Müdafiə ministerialında bəyan etdi.
“Qərar verdik ki, Suriyanın Afrin bölgəsini terrorçulardan təmizləyək ki, sərhədlərimizin təhlükəsizliyini müdafiə edək. Türkiyə istənilən məsafəyə gedə bilər. Biz isə, terrorizm elementləri ilə mübarizədə, NATO-dan kifayət qədər yardım ala bilmirik. Bu elementlər Türkiyə ərazi bütövlüyünə təhlükəyaradırlar”, – Nurettin Çanikli bəyan etdi.
Türkiyənin müdafiə naziri həmçinin bəyan etdi ki, Ankaranın əsas məqsədi sərhədlərin müdafiəsidir.