Türkiyənin Kommunikasiya İdarəsi - Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidze ilə görüşündə ticarət dövriyyəsini artırmaq və münasibətləri inkişaf etdirmək üçün səylərini davam etdirəcəklərini bildirib
Türkiyənin Kommunikasiya İdarəsi - Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidze ilə görüşündə ticarət dövriyyəsini artırmaq və münasibətləri inkişaf etdirmək üçün səylərini davam etdirəcəklərini bildirib

Türkiyə Respublikasının Kommunikasiya İdarəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüş barədə məlumat yayır.

Türkiyə Respublikasının Kommunikasiya İdarəsinin məlumatına görə, liderlər Türkiyə və Gürcüstan arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

“Prezident Rəcəb Tayyib Ərdoğan Beşinci Antalya Diplomatik Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Liderlər Türkiyə ilə Gürcüstan arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Görüşdə Prezident Ərdoğan Türkiyə ilə Gürcüstan arasında ikitərəfli ticarətin həcmini artırmaq və bir çox sahələrdə, xüsusən də enerji əməkdaşlığı baxımından münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcəklərini bildirib. Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səylərin davam etdiyi vurğulanıb. Prezident Ərdoğan qeyd edib ki, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tam gücü ilə işləməsi “Orta Dəhliz”in effektivliyinə töhfə verəcək”, – Türkiyə Respublikasının Kommunikasiya İdarəsinin yaydığı məlumatda deyilib.