Türkiyənin xarici işlər naziri Hakan Fidan Marko Rubio ilə görüşüb

11:04, 26.03.2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfəri zamanı Dövlət Departamentində Marko Rubio ilə görüşüb. Bu barədə Dövlət Departamenti məlumat yayır.

Medianın yazdığına görə, Fidan ABŞ-ın yüksək rütbəli rəsmi şəxslərindən ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi və strateji əməkdaşlığı bərpa etməyi xahiş edir.

Dövlət Departamenti görüş barədə yazır ki, görüş təhlükəsizlik və ticarət məsələlərini müzakirə etmək üçün keçirilib.

“Dövlət katibi Marko Rubio mühüm təhlükəsizlik və ticarət məsələlərini müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Dövlət katibi Türkiyənin Ukrayna və Cənubi Qafqazda sülhə dəstək verməsini istəyib”, – Dövlət Departamentinin yaydığı bəyanatda yazılıb.

Bununla yanaşı, Dövlət Departamentində Marko Rubionun Türkiyədəki son nümayişlərlə bağlı narahatlığını ifadə etdiyini bildirirlər.

Oxşar