Türkiyənin xarici işlər naziri Ermənistanı yeni təxribatlardan çəkinməyə çağırıb
Türkiyənin xarici işlər naziri Ermənistanı yeni təxribatlardan çəkinməyə çağırıb

 

Türkiyənin xarici işlər naziri Ermənistanı yeni təxribatlardan çəkinməyə çağırıb. Mövlud Çavuşoğlu bu barədə Ankarada keçirilən ambassadorialda bildirib.

Onun sözlərinə görə, Türkiyə “Azərbaycan torpaqlarının azad edilməsini” dəstəkləyir.

“Qarabağda sülhün bərqərar olmasına mane olan işğal səddi dağılarkən Türkiyə haqqın, ədalətin tərəfində dayandı. Biz “dondurulmuş münaqişə” ifadəsini şübhə altına aldıq. Biz hamıya buzların əriməsinin hər an münaqişənin yenidən başlaması demək olduğunu xatırlatdıq. Münaqişə başlayanda biz Azərbaycanı öz torpaqlarını qorumaqda dəstəklədik” -deyə Çavuşoğlu bildirib.

Türkiyəli diplomat həmçinin Ankaranın regional sülhü dəstəklədiyini bildirib.

“Biz işğal olunmuş torpaqlar, məcburi köçkünlər və hər an alovlana biləcək münaqişələrdən deyil, regional sülhdən danışırıq. Biz həmçinin bir daha Ermənistanı yeni təxribatlara əl atmamağa çağırırıq” – deyə Türkiyənin xarici işlər naziri bildirib.