Türkiyənin Dilovası şəhərində ətir anbarında baş verən yanğında altı nəfər həyatını itirib, yaralılar da var
Türkiyənin Dilovası şəhərində ətir anbarında baş verən yanğında altı nəfər həyatını itirib, yaralılar da var

Türkiyədə ətir anbarında baş vermiş yanğında altı nəfər həyatını itirib.

Türkiyə mediasının məlumatına görə, beş nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Yayılan məlumata görə, Kocaeli vilayətinin Dilovası şəhərində yerləşən beşmərtəbəli anbarda səhər saatlarında yanğın baş verib. Vilayət qubernatorunun bildirdiyinə görə, hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadası göndərilib, bundan sonra yanğın nəzarət altına alınıb.

Yanğının səbəbi hələlik müəyyən edilməyib, faktla bağlı istintaq başlanıb.

Məlumat üçün bildirək ki, Dilovası İstanbuldan təxminən 70 kilometr məsafədə yerləşir. Dilovası sənaye şəhəridir və burada çoxsaylı anbarlar və fabriklər yerləşir.