Türkiyənin daxili işlər naziri – terror aktından sonra ABŞ-la ittifaq sual altına qoyulmalıdır, çünki Senat Türkiyədə sülhü pozan kürd döyüşçülərə maliyyə dəstəyi göstərir

15:30, 14.11.2022

 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda baş verən terror aktından sonra ABŞ-la ittifaqın sual altına qoyulmalı olduğunu bildirib. Bu barədə jurnalistlərə açıqlamasında Süleyman Soylu danışıb.

O, Türkiyənin ABŞ səfirliyinin başsağlığını qəbul etmədiyini və rədd etdiyini, çünki ABŞ Senatının Türkiyədə sülhü pozan kürd döyüşçülərə maliyyə dəstəyi göstərdiyini açıqlayır.

“Biz göndərilən mesajı aldıq. Bir daha vurğulayacağam, biz ABŞ səfirliyinin başsağlığını qəbul etmirik və rədd edirik. Bu qruplara Senatdan pul göndərən, məqsədi Türkiyənin sülhünü pozmaq olan Kobani terror bölgələrini qidalandıran dövlətlə ittifaq müzakirə olunmalıdır. Açıq və aydındır. Biz heç kimin düşməni deyilik, heç kimin torpağına göz dikmirik, heç kimə xəyanət etmirik, hərçənd demək istəyirəm ki, xəyanətə dözə bilməyəcəyimiz aydındır” – deyə Soylu bildirib.

Oxşar