Türkiyənin daxili işlər naziri – ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, rədd edirik
Biz ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, rədd edirik – bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
Türkiyənin daxili işlər naziri terror aktından sonra təhlükəsizlik xidmətlərinin 1200 videokamera qeydini öyrəndiyini və 21 müxtəlif ünvanda 46 nəfəri saxladığını açıqlayıb.
Süleyman Soylu həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri vaxtında saxlamasalar, onlar Yunanıstana qaça biləcəkdilər.
Bundan əvvəl Türkiyənin daxili işlər naziri açıqlama verərək Türkiyənin terrora qarşı qəti və qanuni müharibəsini davam etdirəcəyini qeyd etmişdi.
“Təxminən 6 ildir İstanbulda dünənki kimi terror hadisəsi baş verməyib. Təkcə bu il 200-ə yaxın terror hadisəsinin qarşısını aldıq. Millət olaraq, ölkə olaraq itirdiyimiz həyatlarımızın bədəlini ağır ödəyəcəksiniz. Əlbəttə, bilirik ki, coğrafiyamızda böyük bir sınaqla qarşı-qarşıyayıq. Bu aksiyanı həyata keçirənlərin hansı mesaj vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Təbii ki, bu hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün polis rəisimizin, terror idarəsinin rəisinin, kəşfiyyat rəisinin və polis rəisinin koordinasiyası ilə xeyli iş aparılıb. Bizim təxminlərimizə görə, günahkar Afrindən gəlib. Sərhəd daxilindəki dağlarda minlərlə qəhrəmanımız, şəhərlərdə minlərlə qəhrəmanımız terrorun qarşısını almaq üçün mübarizə aparır. Bombanı yerləşdirən şəxs saxlanılıb. Bundan əvvəl daha 21 nəfəri saxlamışıq. Terrorun siması acıdır, lakin nəyin bahasına olursa olsun, biz bu mübarizəni sona qədər davam etdirəcəyik və bu, yəqin ki, bizə qarşı dost kimi görünən, bütün terrorçuları ya öz ölkələrində gizlədən ya da terrorçulara işğal etdikləri və idarə etdikləri ərazilərdə həyat verən və öz senatlarından pul göndərdikləri sözdə müttəfiqlərimizin qeyri-səmimiliyidir” -deyə Türkiyənin daxili işlər naziri bildirib.
Son məlumatlara görə, İstanbulda törədilən terror aktı nəticəsində 8 nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Yaralılardan 50-si artıq xəstəxanadan buraxılıb, 5-i isə reanimasiya şöbəsindədir.