Türkiyənin dağ-xizək kurortunda mehmanxanada baş verən yanğında ölənlərin sayı 79-a yüksəlib
Türkiyənin dağ-xizək kurortunda mehmanxanada baş verən yanğında ölənlərin sayı 79-a yüksəlib, yanğın nəticəsində 51 nəfər yaralanıb.
Türkiyə mediasının məlumatına görə, Bolus Bələdiyyə sədrinin müavini Sedat Gülner və Yanğından Mühafizə İdarəsinin rəis müavini Kənan Köşkün, həmçinin şirkətin baş meneceri və mehmanxana müdiri həbs edilib.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun bildirdiyinə görə, istintaq çərçivəsində hazırda cəmi 11 nəfər saxlanılıb. Axtarış-xilasetmə və söndürmə əməliyyatları yanğının yayılmasından 36 saat sonra tamamlanıb.