Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə yüksəlib

12:25, 07.02.2023

 

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə yüksəlib.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Xidməti təbii fəlakət nəticəsində 20 426 nəfərin xəsarət almasına dair məlumat yayır.

Malatya, Şanlıurfa, Osmaniye və Diyarbakır da daxil olmaqla Türkiyənin 11 vilayətində iki güclü zəlzələ və 185 təkan hiss olunub. Yayılmış məlumatlarda zəlzələlərin Türkiyədə 5600-dən çox binanı dağıtdığı deyilir. Axtarış-xilasetmə əməliyyatı çərçivəsində Türkiyədə 7800-dən çox insan xilas edilib.

Oxşar