Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə qədər artıb

21:50, 07.02.2023

 
Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə qədər artıb.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Xidməti təbii fəlakət nəticəsində 26 721 nəfərin xəsarət almasına dair məlumat yayır.

Son məlumatlara əsasən Türkiyədə baş verən iki güclü zəlzələdən sonra 435 təkrar təkan qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərin sayının 23 milyondan çox ola biləcəyi deyilir.

Oxşar