Türkiyədə, Van əyalətində daha bir qar uçqunu baş verdi, həlak olanlar var

18:12, 05.02.2020

Türkiyədə, Van əyalətində daha bir qar uçqunu baş verdi, həlak olanlar var.

Yayılan məlumata görə, ən azından 23 insan həlak olub. Onlardan səkkizi hüquqmühafizəçi, üçü təhlükəsizlik mühafizəsi nümayəndəsi, üçü xilasedici və doqquzu mülki vətəndaşdır.

Bu gün qar uçqunu Bahçesaray rayonunda, Bahçesaray-Van maqistralında baş verdi. Mikroavtobus və qarı təmizləyən maşın uçqun altında qaldı. Nəticədə beş nəfər həlak oldu.

Xilasedici əməliyyatına 400-ə qədər insan qoşuldu. İkinci dəfə baş verən qar uçqunu altında 50-ə qədər xilasedici qaldı. Bu vaxta qədər qarın altından 30-ə qədər insanı çıxardılar.

Oxşar