Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkiləri iyunun 24-də keçiriləcək
Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkiləri iyunun 24-də keçiriləcək

Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkiləri iyunun 24-də keçiriləcək.

Anadolu agentliyinin məlumatına görə, bu barədə Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan bəyan etdi. Vaxtından əvvəl seçkilərin keçirilməsi təşəbbüsü ilə Türkiyənin müxalif – “Milli Hərəkat Partiyası” aprelin 17 çıxış etdi. 

Müxalif partiyanın lideri, Devlet Bahçeli seçkilərin keçirilməsini avqustun 26-da tələb etdi. Təşəbbüsə cavab olaraq Türkiyə prezidenti bəyan etdi ki, aprelin 18-də Bahçeli ilə görüşəcək və məsələni müzakirə edəcək. 2017-ci ilin referendumuna əsasən Türkiyə, parlamentdən prezident idarəetməsinə keçdi.

Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ilin noyabrında planlaşdırılmışdı.